|
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, rəsmi səfər Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə baş tutub.

Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün görüşlər keçirəcək.