|
Vulkana daha yaxından baxmaq istəyən turist kraterə yıxıldı

Havay Vulkanları Milli Parkında turist fəaliyyətdə olan Kilauea vulkanının kraterinə yıxılıb.

Trend-in məlumatına görə, turist kraterə vulkana daha yaxından baxmaq üçün hasara dırmaşandan sonra yıxılıb.

Yanğınsöndürən və xilasedicilər xəsarət alan turisti 9 saata yaxın axtarıb və yekunda kraterin ensiz çıxıntısında aşkar ediblər. Turist oradan xilas olunandan sonra xəstəxanaya göndərilib.