|
ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb

ABŞ-ın İllinoys ştatında kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu Uokiqan şəhərinin yanğın xidmətinin rəhbəri Stiven Lenzi deyib.

Daha öncə 4 nəfərin xəsarət aldığı və 3 nəfərin itkin düşdüyü ehtimal olunurdu. Xəstəxanada olan yaralılardan biri dünyasını dəyişib, daha iki nəfərin meyiti isə hadisə yerində aşkar olunub.

 

Üçüncü itkin düşən şəxsin axtarışları davam edir.