|
Tramp Senata BMT yanında yeni daimi nümayəndənin namizədliyini göndərib

ABŞ prezidenti Donald Tramp BMT yanında daimi nümayəndə vəzifəsinə Kelli Kraftın namizədliyini irəli sürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin bəyanatında deyilir.

Məlumata əsasən, D.Tramp müvafiq sənədi Senata təsdiq edilməsi üçün göndərib.

 

Qeyd edək ki, K.Kraft hazırda ABŞ-ın Kanadadakı səfiri vəzifəsində çalışır.