|
Silahlılar Rusiyanın Hmeymim aviabazasını atəşə tutub

Terrorçular Suriyada yerləşən Rusiyanın Hmeymim aviabazasını atəşə tutmağa çalışıblar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin qeyd edib ki, terrorçular cavab atəşi ilə susdurulub, Rusiya hərbçilərindən xəsarət alan olmayıb: "Aviabazanın obyektlərinə də zərər dəyməyib"