|
"Barselona" Çempionlar Liqasının yarımfinalında "Liverpul"u darmadağın etdi

"Barselona" futbol klubu UEFA Çempionlar Liqasının yarımfinalında doğma meydanında "Liverpul"a qalib gəlib.

Trend-in məlumatına görə, "Liverpul" öz qapısından üç cavabsız qol buraxıb. İspaniyada keçirilən oyunda Luis Suarez (26') və Lionel Messi (75', 82') fərqləniblər.

Qeyd edək ki, cavab qarşılaşması mayın 7-də keçiriləcək. Hər iki oyunun nəticəsinə əsasən qalib komanda "Ayaks" - "Tottenhem" cütlüyünün qalibi ilə finalda görüşəcək.