|
Hicablı model çimərlik geyimində

Dünyaca məşhur hicablı model Həlimə Aden “Sports İllustrated” jurnalının çimərlik geyimi buraxılışına pozlar verib.

 

Axşam.az xəbər verir ki, 21 yaşlı model bu nəşrə çəkilən ilk müsəlman qadın olub.

Qeyd edək ki, Somalidən olan model 2016-cı ildə ABŞ-da Minnesota ştatının gözəli seçilib.

Moda yarışma tarixində ilk hicablı qadın olan Həlimə hicabın zülm simvolu kimi tanınmasının səhv olduğunu, bu geyimi özünün seçdiyini bildirib.