|
O da sənətdən getdi

Aktyorlar Hatice Şendil və Burak Sağyaşar cütlüyü övladları ilə birgə obyektivlərə tuş gəlib.

 

Axşam.az xəbər verir ki, jurnalistlərə müsahibə verən Burak artıq aktyorluq etməyəcəyini deyib:

“Həm şirkəti idarə etmək, həm də çəkilişlərdə olmaq çətindir. Bir daha aktyorluq etməyəcən. Hər şey kənardan göründüyü kimi deyil”.

Qeyd edək ki, Burak Sağyaşar “Küçük kadınlar” serialı ilə tanınıb.