Düzgün bədən quruluşu və səmimi davranışları ilə adından söz etdirən amerikalı model Coy Korriqan Nyu-Yorkda keçirilən Tribeka film Festivalına qatılıb.
Axşam.az xəbər verir ki, 24 yaşlı model tədbirdə bütün diqqətləri üzərinə toplayıb.
Dərin dekolteli, transparan paltarı ilə poz verən Korriqan müxbirlərlə zarafatlaşıb. O, tədbirə gedərkən çəkilən videosunu İnstaqram hesabında da paylaşıb.
Qeyd edək ki, Coy İnstaqram hesabını aktiv istifadə edən modellərdəndir. Onun 700 minə yaxın izləyicisi var.




