|
Fuad Poladova həsr olunan tamaşa nümayiş etdiriləcək

Mayın 24-də mərhum Xalq artisti Fuad Poladova həsr olunan “Köhnə telefon” tamaşası Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olunacaq.

 

Axşam.az xəbər verir ki, tamaşada baş rolu aktyor Hikmət Rəhimov ifa edir. Həmçinin, Əməkdar artist Münəvvər Əliyeva və aktrisa Fidan Bayramova da tamaşanın iştirakçısıdır.

Qeyd edək ki, Paul Villardın “Köhnə telefon” əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.