|
Ağstafada 3 otaqlı ev yanıb

Ağstafada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Muğanlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.