Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” yatağı üzrə 2 milyard 243 milyon dollar gəlir daxil olub. Bunun 91 milyon dolları ndə “Şahdəniz” yatağından əldə edilən kondensatın satışından əldə edilib.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən Musavat.com-a verilən mnəlumata görə, AÇG-dən hasilat başlandğı vaxtdan 01 aprel 2019-cu il tarixinədək ARDNF 140 milyard 450 milyon dollar vəsait əldə edib.
“Şahdəniz” yatağından hasil olunan qazın satışından qurumun inudiyədək əldə etdiyi gəlir dəyişməyib – 2 milyard 506 milyon dollar.
Qeyd edək ki, 2017-ci ildən etibarən “Şahdəniz” yatağından əldə olunan mənfəət qazı daxili tələbatı təmin etməsi üçün pulsuz olaraq SOCAR-a verilir.
