|
İstanbulda 34 binanın sakinləri təxliyə olundu - SƏBƏB?

İstanbulun Esenyurt rayonunda 34 binanın sakinləri təxliyə olunub.

Trend-in məlumatına görə, təxliyə qərarı binalarda çatların yaranması səbəbindən verilib. Həmin binaların söküləcəyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə İstanbulun Kaqıthanə rayonunda 4 mərtəbəli yaşayış binası uçulmuşdu. Həmin binanın sakinləri daha öncədən təxliyə olunduğundan xəsarət alan olmamışdı.