|
Kubada ağır yol qəzası: ölən və yaralanan var

Kubada ağır yol qəzası olub.

Trend-in məlumatına görə, kuzovunda sərnişin daşıyan yük avtomobili aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər isə yaralanıb.

 

Yaralananlardan üçünə tibbi yardım artıq göstərilib, digərləri isə xəstəxanalardadı.

Polis araşdırma aparır.