|
Sumqayıtda yaşayış olmayan yataqxanada yanğın olub

Sumqayıtda yaşayış olmayan yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.

 

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.