Fransa Liqa1-də XXXIII tura yekun vurulub.
ONA-nın məlumatına görə, “Nant” “Amyen”ə, “Sent-Etyen” “Reyms”ə qalib gəlib.
Günün yeganə heç-heçəsi “Lill”in “Tuluza” ilə görüşündə qeydə alınıb. Qolsuz bərabərlik PSJ-nin çempionluğunu rəsmiləşdirib.
Turun son matçına çempion statusu ilə çıxan parislilər özü üçün formal xarakterli matçda “Monako”nu qəbul edib. Killian Mbappenin het-trik etdiyi görüşdə meydan sahibləri üç xal qazanıblar.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 28-də start götürəcək. Ayın 26-da isə təxirə salınmış “Bordo” – “Lion” görüşü keçiriləcək.
Fransa Liqa1
XXXIII tur
21 aprel
“Tuluza” – “Lill” – 0:0
“Reyms” – “Sent-Etyen” – 0:2
Sabelya, 24, Engels, 51
“Nant” – “Amyen” – 3:2
Kulibali, 49, 55, Rongier, 59 – Otero, 62, Timite, 77
PSJ – “Monako” – 3:1
Mbappe, 15, 38, 55 – Qolovin, 80
