|
Dünyanın ən gözəl "dodaqlı"qadını qonşu ölkədə

Dünyanın ən gözəl dodaqlı qadınları siyahısında ilk 10-luqda yer alan rus model 26 yaşlı Milana Yuzakova Türkiyəyə gedəcək.

Cia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı yazıb. Maneken Türkiyəyə iyun ayında çəkiləcək dondurma reklamı üçün gedəcək. Model 1 həftə Antaliyada qalacaq və çəkilişlərdən sonra tarixi-turistik yerləri gəzəcək.

Modelə reklam təklif edən şirkət “Dondurma reklamında Milanadan başqa modelə müraciət edə bilməzdik. Dodaqları ilə məşhurlaşması oynayacağı reklama da təsir edəcək” deyib.