|
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

Kolumbiyanın qərbində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə bazar günü səhər saatlarında Rosas bələdiyyəsində baş verib. Ölənlər arasında bir azyaşlı var.

 

Hadisə nəticəsində yaralanan beş nəfər xəstəxanaya çatdırılıb.