|
Qazaxıstanda yüngül motorlu təyyarə qəzaya uğrayıb

Qazaxıstanda yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Karaqandada yerləşən aerodromda baş verib. "FK14 Polaris" təyyarəsi bazar günü 16:25-də təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb.

 

Hadisə nəticəsində pilot və təlimçi həlak olublar.

Araşdırma aparılır.