|
Şimali İrlandiyada atışma: ölən var

Şimali İrlandiyanın Londonderri şəhərində atışma olub.

Trend-in məlumatına görə, hadisəni polis təsdiqləyib. Atışma nəticəsində 29 yaşlı qadın ölüb.

 

Naməlum şəxslər atış açaraq "əldəqayırma bombalar atıb". Polis bu faktı terror aktı kimi qiymətləndirib və araşdırma aparır.