|
Mədəniyyət naziri yeni təyinatla bağlı əmr imzalayıb

Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Ellşən (Sərxanoğlu) Hacıyev Sumqayıt Dövlət Dram Teatrına yeni baş rəssam təyin olunub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hacıyev Elşən Sərxan oğlu Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

 

Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.