|
Millimiz Serbiya yığması ilə qarşılaşacaq

Millimiz Serbiya yığması ilə qarşılaşacaq.

Trend AFFA-ya istinadən məlumat verir ki, futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 

Zrenjanin şəhərindəki Kristal Zalda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.