|
Nepalda təyyarə ilə helikopter toqquşub: 3 ölü

Nepalda yüngül motorlu təyyarə və helikopter toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb. Hadisə Everestin kiçik hava limanlarından biridində baş verib. Təyyarə limanda park edilmiş helikopterlə toqquşub.

 

Ölənlər təyyarənin pilotu və yaxınlıqda dayanan 2 polis olub.

Təyyarənin göyərtəsində dörd sərnişin və stüardessa olub.