|
Somalidə hava zərbələri nəticəsində terror qruplaşması başçısının "sağ əli" öldürülüb

Somalidə İŞİD-lə əlaqəli terror qruplaşmasının rəhbərinin "sağ əli" məhv edilib.

Trend-in məlumatına görə, Əbdihakim Dhokob Bari vilayətində hava zərbələri nəticəsində öldürülüb.

 

Ehtimal olunur ki, terrorçunun avtomobilinə hava zərbələrini ABŞ-ın pilotsuz təyyarəsi endirib. Avtomobildə digər silahlılar da olub.