|
Çimərlik geyimində podiuma çıxdı

"Güldür Güldür Show"nun heyətindən ayrıldıqdan sonra ekranlarda az-az görünən aktrisa Özgə Borak ilk dəfə podiumda görüntülənib.

 

Axşam.az xəbər verir ki, Özgə modelyer Cinah Nacarın təşkil etdiyi dəfilədə çimərlik geyimi ilə izləyicilərin qarşısına çıxıb.

Aktrisa duyğularını İnstaqram hesabında bu sözlərlə ifadə edib:

"Bu axşam hər şey çox gözəl idi. İnsan özünü başqa cür hiss edir. Cihan, dostum, ən həyəcanlı gecələrindən birinə məni də dəvət etdiyin üçün təşəkkür edirəm. Mənə tərif yağdıran qonaqlar, utandırdınız. Hər birinə sonsuz təşəkkürlər".