|
Gəncədə zibil qutularını oğurlayan şəxs tutulub

Gəncədə zibil qutularını oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cavadxan küçəsində qoyulmuş, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus 4 ədəd məişət tullantıları qutusunu oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini B.Məmmədov saxlanılıb.