"Birinci dəfə 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında çıxış etdim. Doqquz il sonra belə nəticə göstərəcəyimi heç gözləmirdim".
"Report" xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov deyib.
O, bu uğuruna görə məşqçilərə təşəkkürünü bildirib. "Məşqçilər bizi bu çempionata çox yaxşı hazırlaşdırdılar", - deyə Ş.Şərifov əlavə edib.
İdmançı qeyd edib ki, bir müddət dincələcək. "Hələlik dincəlmək fikrim var. Ondan sonra harada və necə çıxış edəcəyimizi məşqçilərlə müzakirə edəcəyik", - deyə o əlavə edib.
