|
Çində daşqınlar nəticəsində 5 nəfər ölüb

Çinin Şençjen şəhərində qəfil yağan yağışların törətdiyi daşqınlar nəticəsində 5 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində həmçinin 6 nəfər itkin düşüb. Su axını Loxu və Futyan rayonlarında çay boyu işləyən işçiləri aparıb.

 

Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.