|
Sərgi: “Nəcəf bəy Vəzirov-165”

Aprelin 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli publisist, dramaturq Nəcəf bəy Vəzirovun 165 illiyi münasibətilə “Nəcəf bəy Vəzirov-165” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə dramaturqun Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunub.

Sərgi bir həftə davam edəcək