F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, aprelin 15-də reallaşacaq konsert Xalq artisti Ağaverdi Paşayev tərəfindən idarə olunacaq.
Konsertdə respublikanın 10-dək tanınmış xanəndəsi solist qismində çıxış edəcək.
Musiqili gecədə bəstəkar və xalq mahnıları ifa ediləcək, muğam və təsniflərimiz səslənəcək
