|
Çikaqoda atışma baş verib, ölənlər var

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Yaralanan şəxs ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma başlanıb. Atışmanın səbəbi və hadisənin digər təfərrüatları barədə məlumat verilmir.