|
Angela Merkelin anası dünyasını dəyişib

Almaniya Kansleri Angela Merkelin anası Gerlinda Kasner 90 yaşında dünyasını dəyişib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökümətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bildirib.

 

Ş.Zaybert əlavə edib: "Biz kanslerin və onun ailəsinin şəxsi sahəsinə hörmətlə yanaşmağı xahiş edirik".

Qeyd edək ki, hazırda Angela Merkel Brüsseldə Avropa İttifaqının "Brexit" üzrə növbədənkənar sammitində iştirak edir.