Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, aprelin 9-da qızılın qiyməti aprelin 8-i ilə müqayisədə 5,083 manat artaraq 1 unsiya üçün 2208,963 manat təşkil edib.
Gümüş 0,2041 manat bahalaşaraq 1 unsiya üçün 25,9451 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 7,4205 manat azalaraq 1535,797 manat, palladiumun qiyməti isə 1,836 manat azalaraq 2345,269 manat təşkil edib.
|
Ad |
09.04.2019 |
08.04.2019 |
|
|
Qızıl |
XAU |
2208,963 |
2203,88 |
|
Gümüş |
XAG |
25,9451 |
25,741 |
|
Platin |
XPT |
1535,797 |
1543,2175 |
|
Palladium |
XPD |
2345,269 |
2347,105 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
