|
Qazaxıstanda növbədənkənar prezident seçkilərinin VAXTI açıqlandı

Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.

Trend-in məlumatına görə, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev televiziya ilə müraciətində deyib.

 

Qeyd edək ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciətində vəzifəsindən getdiyini açıqlamışdı.

Növbəti prezident seçkilərinin 2020-ci ildə keçiriləcəyi planlaşdırılırdı.