|
Gəncə sakini özünü dördüncü mərtəbədən atmaq istəyib

Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

FHN-dən ONA-ya verilən məlumata görə, Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.