|
Beren Saat bu dəfə onları gülə-gülə qarşıladı

Müğənni Kenan Doğulu ilə ailə həyatında problemlər olan Beren Saat paparassilərin obyektivinə tuş gəlib. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, tək oturub yemək yeyən aktrisa daha sonra 2 saat kitab oxuyub. 

Alış-veriş mərkəzindən çıxanda fotoları çəkilən Berenin əhvalının yaxşı olması diqqət çəkib. Ayrılıq xəbərləri çıxanda susan Saat ötən həftə "Boşanma yoxdur" sözlərini demişdi.