|
Sabunçuda 2 otaqlı evdə yanğın olub

Bakı şəhərində ev yanıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında yataq dəsti yanıb, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 3 m² sahədə əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.