|
Nişanlısına danışmaması üçün müqavilə imzalatdırdı - Foto

Bütün dünyada maraqla izlənilən “Taxt oyunları” serialının “Sansa”sı, aktrisa Sofi Törner musiqiçi nişanlısı Co Conasın ekran işinin finalından xəbərdar olduğunu açıqlayıb.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, sevgilisinin çəkiliş meydançasında çox vaxt keçirdiyini bildirib.

Ancaq Co gördüklərini danışmamaq üçün “gizlilik müqaviləsi” imzalayıb.

Sofinin bu açıqlamasından sonra serialın fanatları Conasın İnstaqram hesabında hücumlar ediblər.

Qeyd edək ki, Co üç qardaşı ilə birlikdə “Jonas Brothers” adlı qrupda fəaliyyət göstərir.

Onu da bildirək ki, “Taxt oyunları” bu aprelin 14-də final mövsümünün ilk bölümü ilə ekranlara gələcək.