|
Gəncədə kişi torpaq kütləsi altında qalaraq həlak olub

Gəncədə kişi torpaq kütləsi altında qalıb.

Trend-ə FHN-dən verilən məlumata əsasən, Nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsinin baş verməsi, 1 nəfərin torpaq kütləsinin altında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.