|
Afrikada "İdai" qasırğasından ölənlərin sayı artır

Mart ayının sonunda Mozambikdə, eləcə də digər ölkələrdə tüğyan etmiş "İdai" siklonunun qurbanlarının sayı artır.

Trend-in məlumatına görə, ölənlərin sayı 598 nəfərə çatıb.

Bundan başqa, Zimbabvedə 300-ə yaxın adamın öldüyü deyilir.

 

Bu ölkələrdə ölü sayının ümumilikdə 1000 nəfəri keçəcəyi istisna olunmur.

Hazırda siklondan zərər çəkmilş yerlərdə suyun çəkilməsi gözlənilir.