|
Mavrikiy sahillərində güclü zəlzələ baş verib

Mavrikiy sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Port-Matyuren şəhərindən 264 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.