2012-ci ildə "Best Model of The World" seçilən Sezgi Sena Akay ailə qurur.
Axşam.az-ın məlumatına görə, o, iş adamı Emir Hasoğlu ilə nikah masasına oturacaq.
Model ötən gün toyunun 5 aprel tarixində keçiriləcəyini bildirib:
"Əslində 6 il əvvəl tanış olmuşuq. Məni uzaqdan izləyib. 1 ay əvvəl münasibət qurduq. Ardınca da belə bir qərar aldıq"
Qeyd edək ki, ikilinin özəl günündə ailəsi və yaxınları iştirak edəcək.
