|
Peruda qızıl mədənində çökmə nəticəsində 8 nəfər ölüb

Peruda qeyri-qanuni qızıl mədənində çökmə baş verib.

Trend-in məlumatına görə, hadisə ölkənin Libertad regionunda baş verib. Mədənin çökməsi 8 nəfərin ölümü ilə nəticələnib, üç nəfər xilas olunub.

 

Hadisəyə səbəb mədənin tunelində baş verən qaz partlayışı olub.