Səudiyyə Ərəbistanı Yəməndə başlatdığı əməliyyatlardan sonra ölkədə İrana aid olan bütün təşkilatların fəaliyyətinə xitam verib.
Bu barədə xəbəri Səudiyyə Ərəbistanı krallığının rəsmi dairələri yayıb.
Xatırladaq ki, dünən gecə Səudiyyə Ərəbistanı Yəməndə dövlətə qarşı ayaqlanan husi silahlılarının sığınacaqlarını bombardman etmişdi.
Gecə yarısı 100 döyüş təyyarəsi ilə paytaxt Sanada başladılan əməliyyatlara başda Misir olmaqla Mərakeş, İordaniya, Sudan, Küveyt, BƏƏ, Qatar və Bəhreyn kimi ərəb ölkələri dəstək vermişdi.
