|
Kənanın qardaşı 4 il sonra yenidən eyni qadınla evləndi

Aktyor Kənan İmirzalıoğlunun qardaşı Derviş İmirzalıoğlu ailə qurub.

Axşam.az-ın məlumatına görə, o, 4 il əvvəl boşandığı Özge adlı xanımla nikah masasına oturub.

İkilinin özəl gününə yaxınları və ailələri qatılıb. 

Toydan fotoları aktyorun həyat yoldaşı Sinem Kobal və Özge sosial mediada paylaşıb.