|
Pompeo: Kim Çen In KXDR-nın denuklearizasiyasını təmin etməyə hazır olduğunu hələki nümayiş etdirməyib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya yarımadasının denuklearizasiyasını təmin etmək üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu hələki nümayiş etdirməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonda konfrans zamanı deyib.

M.Pompeo bildirib: "[KXDR Dövlət Şurasının] Sədri Kim [Çen In] hələki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməyib. Lakin mən hələdə gərgin iş və diplomatik səylər bizi oraya gətirib çıxara biləcəyini hesab edirəm".