Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına mərkəzi kitabxanası “Kitabsevər uşaqlar” “YouTube” və “Facebook” səhifələri ilə birgə “Kitabsevərlərə 23 sual” adlı viktorina təşkil edib.
Viktorinanın nəticələrinə görə Şəki şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rəvan Ələsgərli II yerə, Şəki şəhər 5 və Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəblərin şagirdləri İlkin Rzayev və Kənan Rzayev III yerə layiq görülüblər.
Qaliblərə Fəxri fərman və təşəkkürnamələrlə yanaşı, kitablar hədiyyə olunub.
