|
Kölndə bombaya görə 2 minə yaxın insan təxliyə olunub

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb. Trend-in məlumatına görə, buna görə 2 minə yaxın insan təxliyə olunub.

Bildirilir ki, bomba tikinti işləri vaxtı aşkarlanıb. Təhlükəli zonanın radiusu 300 m təşkil edib.

 

Bombanın bu dəqiqələrdə zərərsizləşdiriləcəyi gözlənilir