Xəbər verdiyimiz kimi müğənni Gülben Ergen keçmiş həyat yoldaşı Erhan Çeliki məhkəməyə verib və o, 2 il həbs cəzası alıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Erhan övladlarının şəxsi görüntülərini sosial mediada paylaşdığı üçün müğənni ondan şikayətçi olub.
Sənətçi bu gün verilişlərdən birinə qonaq olub. O, keçmiş həyat yoldaşı barədə danışıb:
"Bu ilk qələbə deyil. Davamı da olacaq. Çox çətin müddət idi. Təəssüflər olsun ki, ölkəmizdə belə problem yaşayan çox qadın var.
Bilirsiniz ki, bu günlərdə ilk cəza bəlli oldu. Lakin sonra davamı gələcək. Haqqlı olan insanın özünü müdafiə etməyə ehtiyacı yoxdur. Ona görə də 1 ildən çoxdur heç nəyə cavab vermirəm. Bundan sonra da belə olacaq".
