|
Misir Mərdanov qəzaya düşdü: xəsarət alıb
Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.
Cia.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Misir Mərdanovun özü məlumat verib. 
O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: "Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.
Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.